Avq 07, 2021 16:55 Asia/Baku
  • Şeyx Nəim Qasim:

Livan Hizbullahın baş katibinin müavini Şeyx Nəim Qasim deyib: "Cümə günü səhər saatlarında Fələstinin işğal olunmuş ərazilərinə qarşı müqavimətin raket hücumu sionist rejimin Livana qarşı dünənki təcavüzünə adekvat bir cavab idi".

SəhərAzəri-nin məlumatına əsasən, Şeyx Nəim Qasim Əl-Məyadin xəbər kanalı ilə müsahibədə, İsrail rejiminin Livanın, hesablaşmaq və imkanlarını sınamaq üçün açıq bir sahə olmadığını anlamalı olduğunu söyləyib.

O, deyib: "Livan müqaviməti, Livan torpağına edilən hər hansı bir təcavüzə lazımlı şəkildə cavab verməyə sadiqdir. Buna görə də, Hizbullah bu gün təcavüzkar düşmənə bir neçə raketlə cavab verib".

"İsrail rejimi bilməlidir ki, Livan, rejimin hesablaşması, güc nümayişi, avantürası, imkanlarını sınaması və ya planlarını həyata keçirmək üçün açıq meydan deyil. Livan qorunan ərazidir", deyə Hizbullahın yüksək vəzifəli rəsmisi əlavə edib. 

O, deyib: "Biz dəfələrlə sionist düşmənin istənilən təcavüzünə cavab verməyə hazır olduğumuzu bildirmişik. Hizbullah meydandadır və tam inam, iradə və əzmkarlıqla müdafiə edir".

Teqlər