Avq 12, 2021 20:04 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: “Bəziləri Livanda böhran üçün zəmin hazırlayır”

Livanın Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bəzilərinin Livanda böhran üçün zəmin hazırladığını söyləyərək, psixoloji savaşla bağlı xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah məhərrəm ayının üçüncü gecəsində bir mərasimdə danışarkən, müqaviməti dəstəkləyən insanlara bəzi tövsiyələri verməyə davam edərək, həqiqəti söyləməkdə dürüstlüyün əhəmiyyətini vurğulayaraq belə deyib: “Heç kimə səbəbsiz yerə böhtan atmamalı və ittiham etməməliyik, kimisə təhqir etməməliyik.

Başqası ilə fikir ayrılığı o şəxsə hücum etmək, bir şeyi tənqid etmək və digərinə hücum etmək demək deyil. İstənilən din xadimi və ya media nümayəndəsi siyasətdən danışsalar, cavab verməyə, ancaq həmin şəxsə hücum etmədən cavab verməyə haqqı var. Söymək və təhqir etmək zəifliyin əlamətidir.

Hizbullahdakı bütün səlahiyyətlilərinin, alimlərinin və s. baş verənlərə münasibət bildirməsi gözlənilir. Psixoloji və media müharibəsinə əhəmiyyət verilməməlidir”.

Hizbullahın baş katibi müqavimət tərəfdarlarını psixoloji müharibəyə qarşı güclənməyə və fikir ayrılıqlarından sonra şəxsləri təhqir etməkdən çəkinməyə dəvət edib: “Ölkəmiz kritik bir mərhələdədir, çətin və uzun bir döyüşdəyik. Müqavimət tərəfdarları ayıq olmalı, hər birimiz müəyyən dərəcədə məsuliyyət daşımalıyıq. Fikrini bildirən hər bir insana hörmət edilir və təhqirə yol verilmir”.

 

Teqlər