Avq 18, 2021 13:33 Asia/Baku
  • Bayden Əfqanıstanda vətəndaş müharibəsinin ardınca idi

Livan Hizbullahının baş katibi deyib ki, Amerika prezidenti Co Bayden Əfqanıstanda vətəndaş müharibəsinin ardınca idi.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən gecə bir çıxışda belə söyləyib: Bayden taliblərlə əfqan qüvvələr arasında müharibə salmaq yolu ilə Əfqanıstanda vətəndaş müharibəsinin başlanmasını istəyirdi.

«Amerikanın hələ də region barədə düzgün anlayışı yoxdur və öz səhvlərini təkrar edir»- deyən Nəsrullah bildirib ki, Amerika prezidenti öz qüvvələrini çıxarmağa məcbur oldu. Onlar sonda məğlub və zəlil olmuş şəkildə bu ölkəni tərk etdilər.

Seyid Həsən Nəsrullah sözlərinə belə davam edib: Bayden dedi ki; başqasının tərəfindən vuruşmaq amerikalının vəzifəsi deyil; bu, onların yerinə, başqalarının vuruşacağını gözləyən kəslərə xitab olunan bir mesajdır və region xalqları onun strateji cəhətlərini dərk etməlidirlər.

Seyid Həsən Nəsrullah həmçinin vurğulayıb: Livanda müqavimət, Amerikanın planlarını bir neçə dəfədən çox məğlubiyyətə uğratmış cəbhə və ya mehvərin bir hissəsi olaraq, yenə də möhkəm və güclüdür. Bir neçə gün bundan öncəki hadisələr bu məsələni sübuta yetirdi.

Teqlər