Sionist qəsəbə sakinləri Məscidüləqsaya basqın ediblər
Sionist rejim hərbçiləri öz ədavətli hərəkətlərinin davamında bir daha Məscidüləqsaya basqın təşkil ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, sionist qəsəbə sakinləri bu gün bu rejim hərbçilərinin himayəsi altında Məscidüləqsaya soxulduqdan sonra bu məsciddə qrup halında və əyani şəkildə talmud mərasimini keçiriblər.
Digər tərəfdən, fələstinli mənbələr bildiriblər ki, sionist rejim qayıqları Qəzzə zolağının sahillərində fələstinlilərin qayıqlarına hücum ediblər.
Məscidüləqsa Beytülmüqəddəs şəhərinin islami-fələstinli mahiyyətinin əsas simvolu kimi daima Qüdsü işğal etmiş rejimin təxribatçı hərəkətlərinin hədəfi olur.
Sionist rejim tərəfindən edilən bu hörmətsiz hərəkətlər Beytülmüqəddəsin islami mahiyyətini aradan götürmək və onu sionizm təzahürləri ilə əvəz etmək üçün həyata keçirilir.
Sionistlərin Məscidüləqsaya qarşı ardıcıl təcavüzlərinin fonunda qeyd edək ki, beynəlxalq və insan hüquqları orqanları bu hərəkətlər qarşısında öz sükutlarını davam etdirirlər.