İraqda zəvvarlara qarşı terror planı zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i381234-İraqda_zəvvarlara_qarşı_terror_planı_zərərsizləşdirilib
İraqın mərkəzində Ərbəin zəvvarlarına qarşı terror planı zərərsizləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2021 06:36 Asia/Baku
  • terror planı zərərsizləşdirilib.
    terror planı zərərsizləşdirilib.

İraqın mərkəzində Ərbəin zəvvarlarına qarşı terror planı zərərsizləşdirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İraq təhlükəsizlik üzrə informasiya mərkəzi dünən gecə bir bəyanatda bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri terrorçuların Babil vilayətində Hüseyn(ə) Ərbəini zəvvarlarını hədəfə almaq üzrə əməliyyatını zərərsizləşdirə biliblər.

Terrorçular bomba və iki partlayıcı qurşaqla Babil vilayətinin Əlmusəyyib rayonunda yerləşən Əlbucasim məhəlləsində Hüseyn(ə) Ərbəini zəvvarlarını hədəfə almaq niyyətində olublar.

Həşduşşəbi komandirlərindən olan Yasir Hüseyn son zamanlar bildirmişdi ki, bu təşkilatın Hüseyn(ə) Ərbəini mərasimi üçün yaradılmış əməliyyat otağı sonuncu zəvvarın Kərbəladan geri dönməsinədək öz işini davam etdirəcək.

İŞİD terror qrupunun İraqda məğlub olmasına rəğmən, hələ də bu terror qrupunun üzvlərindən bir qismi bu ölkənin müxtəlif bölgələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətlərinə əl atır.