Sen 29, 2021 23:44 Asia/Baku

İraqın daxili işlər naziri, bu il İmam Hüseyninin (ə) ərbəini mərasimində iştirak edən zəvvarların sayının keçən ilə nisbətən artaraq, 17 milyona çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Osman Əl-Qanimi keçirdiyi mətbuat konfransında deyib: "Bu il Ərbəin mərasimində iştirak edən zəvvarların sayı elə bir halda artıbdır ki, koronavirusla əlaqədar məhdudiyyətlər səbəbindən xarici zəvvarlar, o cümlədən milyonlarla iranlı zəvvar kütləvi şəkildə və hər il olduğu kimi İraqa səfər edə bilmədilər".

Bu il İraq hökuməti zəvvarların Ərbəin mərasiminə qatılmasına icazə verdi. İraqın elan etdiyi kvotaya əsasən, İrandan 60 min nəfər bu mərasimdə iştirak edə bilərdi ki, son məhdudiyyətlərin aradan qaldırılması ilə bu rəqəm 90 mini keçibdir.

Teqlər