Okt 02, 2021 19:04 Asia/Baku
  • Yəmən tankerinin müsadirəsi davam edir

Yəmənin neft şirkəti təcavüzkar səud koalisiyası tərəfindən bu ölkənin üç tankerinin müsadirəsinin davam etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmənin neft şirkəti bir bəyanatda bildirib ki, Yəmənin bu üç tankeri yoxlandıqdan və lisenziya aldıqdan sonra 280 gündən çoxdur ki, saxlanıblar. 

Yəmənin Milli Qurtuluş hökumətinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, yanacaq daşıyan gəmilərin Yəmənin Əl-Hüdeydə limanına girməsinin qarşısının alınmasına kütləvi bir soyqırımdır və Yəmənin mühasirəsinin davam etməsi və dərmanların gətirilməsinə mane olmaq nəticəsində nətimilyonlarla xəstə uşaq ölüm təhlükəsi ilə üz-üzədirlər. 

Təcavüzkar səud koalisiyası indiyə kimi dəfələrlə Yəmənin yanacaq, ərzaq məhsulları və təbbi ləvazimat daşıyan gəmilərini saxlayıblar. 

Yəmən, son altı ildə təcavüzkar səud koalisiyasının mühasirəsi nəticəsində ciddi şəkildə yanacaq, ərzaq məhsulları və tibbi ləvazimatların çatışmazlığı ilə üzləşib.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından etibarən Yəmənə qarşı hərbi hücuma keçib və bu ölkəni mühasirəyə alıb. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə başlatdığı müharibə indiyədək on minlərlə insanın ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olub.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu yaxınlarda, Yəmənin tarixin ən pis humanitar fəlakəti ilə üz-üzə olduğunu bildirib. 

Teqlər