Okt 15, 2021 12:26 Asia/Baku
  • atəşə tutublar
    atəşə tutublar

Livan hökuməti dünən Beyrutdakı atışmaların ardınca bu günü Livanda ümumi matəm elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Livanın baş naziri Nəcib Miqatinin ofisi dünən gecə bildirib ki, cümə axşamı günkü hadisələrdə Livan vətəndaşlarının həyatlarını itirmələrinə görə, cümə günü bu ölkədəki bütün dövlət idarə və orqanları və məktəblər tətil olacaq.

Dünən səhər Beyrut limanı partlayışı işi üzrə müstəntiq Tariq Bitarın fəaliyyətinə etiraz edən Livan xalqından bir qrup insan bu ölkənin ədliyyə binası qarşısında aksiya keçirib. Qəflətən silahlı şəxslər onları atəşə tutublar.

Bu hücumda azı yeddi günahsız livanlı şəhid olub, altmışdan çox insan da yaralanıbdır.

Livan Hizbullahı və Əməl hərəkatı bu hücumu pisləyiblər. Bildiriblər ki, Beyrut limanı partlayışı işi üzrə müstəntiqin fəaliyyətinə etiraz edən aksiyaçılara hücumun amilləri, «Əl-Qüvvət-əl-Lubnaniyyəh» partiyasının tabeliyində olan qruplar olublar.

Livan Hizbullahı və Əməl hərəkatı bu hücumu bu ölkənin sabitliyini pozmaq məqsədli cinayətkarcasına bir hərəkət adlandırıblar. Vurğulayıblar ki, bu cinayətin amilləri mühakimə olunmalı və ağır cəza almalıdırlar.

Livanın keçmiş prezidenti Emil Ləhud da sionist rejimin və daxili muzdluların dünənki Beyrut hadisələrindəki rollarına təkid edib. Bildirib ki, düşmənlərin müqaviməti məğlub etmək və Livanda vətəndaş müharibəsi salmaq üzrə röyaları çin olmayacaq.

 

Teqlər