Okt 17, 2021 13:08 Asia/Baku
  • İraq parlament
    İraq parlament

İraq seçki komissiyası bir mətbuat konfransında bu ölkənin parlament seçkilərinin yekun nəticəsini elan edib, amma bildirib ki, bu nəticəyə etiraz edilə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, İraq seçki komissiyası bildirib ki, ucqar dairələrdə bülletenlərin əl ilə sayılışının nəticəsi də bu nəticələrə əlavə ediləcək və onun yenidən nəzərdən keçirilməsi ehtimalı var.

Komissiyanın saytında yerləşdirilən nəticələrə görə, Müqtəda Sədrin başçılıq etdiyi cərəyan 73, Məhəmməd Əlhəlbusinin Təqdim koalisiyası 37, Nuri Əlmalikinin Dulətəlqanun koalisiyası 34, Məsud Barizaninin İraq Kürdüstanı Demokratik Partiyası 33, Bafil Talibaninin Kürdüstan Vətən İttifaqı 16 və Falih Əlfəyyazın Ələqd Əlvətəni cərəyanı da beş yer əldə ediblər.

 

Teqlər