İraq parlament seçkilərinin nəticələrinə etiraz
-
İraq parlament seçkilərinin nəticələrinə etiraz
İraqda keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz edən minlərlə nəfər bu gün Bağdadın Yaşıl rayonunun girəcəyində aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyanın ardınca bu rayona göndərilən yüzlərlə iraqlı təhlükəsizlik qüvvəsi onun ətrafındakı küçələrdə yerləşib və Bağdadın Yaşıl rayonunun giriş yolları açıq piketin keçirilməsi üçün etirazçılar tərəfindən bağlanıb.
Həmçinin informasiya mənbələri Bağdadın Yaşıl rayonunda yerləşən ABŞ səfirliyinin qapılarının bağlanması və onun ətrafında daha çox təhlükəsizlik qüvvəsinin yerləşməsindən xəbər verirlər.
Etirazçılar deyirlər ki, parlament seçkiləri üzrə səs bülletenləri yenidən əl ilə sayılmalıdır, zira elektron yolla və əl ilə sayılan bülletenlərin sayı arasında çox böyük fərq vardır.