Səud koalisiyasının əhəmiyyətli komandiri Məaribin cənubunda öldürülüb
-
Yəmən
Media mənbələri təcavüzkar səud koalisiyasının mühüm komandirinin Məaribin cənubunda Yəmən qüvvələri tərəfindən öldürüldüyünü bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Xəbər Əl-Yəməni" portalının məlumatına görə, Yəmənin istefa vermiş hökumətinə bağlı olan "İslahat" partiyasının müxbirləri bildiriblər ki, təcavüzkar səud koalisiyasının komandiri "Nasir Əl-Zibani" koalisiyanın bir sıra digər komandirləri ilə birlikdə Yəmən ordusu və xalq komitələri qüvvələrinin Məaribin Əl-Bəlq cəbhəsinə hücumları nəticəsində məhv edilib.
Məlumata əsasən, Əl-Zibani səud koalisiyasının Məaribdəki ən mühüm hərbi komandirlərindən biri hesab edilirdi.
Təcavüzkar səud koalisiyası hələ ki bu xəbərə heç bir reaksiya göstərməyib.
Yəmən Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn Əl-İzzi dünən bir tvitdə yazıb: "Məarib məsələsi hələ bitməyib və səudiyyəli muzdluların dedikləri boş və lazımsız hay-küydür".
Səna vilayətinin şərqində yerləşən mühüm Məarib vilayətinin azad edilməsi uğrunda döyüşlər ötən il başlayıb və onun əksər əraziləri və şəhərləri Səna qüvvələrinin nəzarətinə keçib. Məarib Yəmənin neft və qaz kimi təbii ehtiyatlara malik vilayətlərindən biridir.