Dek 28, 2021 14:23 Asia/Baku
  •  raket hücumu
    raket hücumu

Suriyalı mənbələr bu günün səhər saatlarında sionist rejimin Suriyanın Laziqiyyə limanına qarşı raket hücumundan xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın hava hücumundan müdafiə sistemi bu raket hücumu ilə mübarizə aparıb.

Raketlər sionist rejim qırıcılarından atılıb.

Sionist rejim qırıcıları bu hücumu Laziqiyyə şəhərinin qərbində, Aralıq dənizinin dərinliyindən həyata keçiriblər.

Bu hücum nəticəsində Laziqiyyə limanındakı bir neçə konteyner alovlanıb.

Yanğını söndürməyə bir neçə yanğınsöndürmə bölməsi cəlb olunub.

Sionist rejim terrorçulara dəstək olmaq üçün daima Suriyanın infrastrukturlarını və bu ölkə ordusunun mövqelərini hədəfə alır.

 

Teqlər