Sionist rejim məhbəslərində on yeddi jurnalist əsirdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385339-sionist_rejim_məhbəslərində_on_yeddi_jurnalist_əsirdir
Fələstində jurnalistləri himayə komitəsi dünən bildirib ki, hazırda sionist rejim məhbəslərində 17 fələstinli idarə işçisi və jurnalist əsirdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2022 11:41 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Fələstində jurnalistləri himayə komitəsi dünən bildirib ki, hazırda sionist rejim məhbəslərində 17 fələstinli idarə işçisi və jurnalist əsirdir.

SəhərAzəri-nin məlumatına əsasən, Komitə bu haqda yaydığı bəyanatda qeyd edib ki, sionist rejimin jurnalistləri həbs etməsi beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir.

Fələstində jurnalistləri himayə komitəsi bu bəyanatda onu da qeyd edibdir ki, qəsbkar sionist rejim Fələstin xalqını zəiflətmək üçün fələstinli mediaları susdurmağa çalışır.

Sionist rejim hərbçiləri indiyə kimi yüzlərlə jurnalist və müxbiri həbs edib, yaralayıb və ya şəhid ediblər. Onların bu hərəkətlərdə məqsədləri, bu rejimin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ifşa edilməsinin qarşısını almaqdır. Bunu, Fələstində jurnalistləri himayə komitəsi bildirib.

Hazırda sionist rejim məhbəslərində təqribən 4500 fələstinli əsir saxlanılır.