Yəhudilərin 59%-i mühacirət fikrindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385634-yəhudilərin_59_i_mühacirət_fikrindədir
İşğal olunmuş ərazilərdə aparılmış bir araşdırmanın nəticələri göstərir ki, iqtisadi durumun pisləşməsi və yəhudilərin fələstinlilərlə qarşıdurmanın çözülməsindən məyus olmaları onları işğal olunmuş ərazilərdən mühacirət fikrinə salıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2022 13:55 Asia/Baku
  • Yəhudilər
    Yəhudilər

İşğal olunmuş ərazilərdə aparılmış bir araşdırmanın nəticələri göstərir ki, iqtisadi durumun pisləşməsi və yəhudilərin fələstinlilərlə qarşıdurmanın çözülməsindən məyus olmaları onları işğal olunmuş ərazilərdən mühacirət fikrinə salıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Rəy-ül-am” qəzetinin yazdığına görə, “Bigen” irs mərkəzinin araşdırmalarının nəticələri göstərir ki, yəhudilərin 59%-i qəsb olunmuş Fələstindən xaricə mühacirət etmək üçün müxtəlif ölkələrin səfirliklərinə müraciət edib və ya onlara müraciət etmək fikrindədir.

Yəhudi ailələrinin 78 faizi də övladlarının qəsb olunmuş Fələstindən xaricə mühacirət etmələrini himayə edir.

Sionist “Məariv” qəzetinin yazarı Kalman Libeskind yazır: Biz qəsb olunmuş ərazilərdə sionizmdən və sionist rejimdən uzaq olan və bu rejimə az diqqət yetirən solçu bir fenomenin inkişafı qarşısında durmuşuq.