Ərəbistanda daha bir şiə ruhani həbs olunub
Fev 01, 2022 15:59 Asia/Baku
-
Ərəbistan
Səudiyyənin xəfiyyə qüvvələri tanınmış bir şiə ruhanini həbs ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyənin xəfiyyə qüvvələri bu gün müqəddəs Mədinə şəhərində Şeyx Kazim Əl-Omərini həbs ediblər.
Hələ ki, onun yenidən həbs olunmasının dəlili məlum deyil və səud orqanları bu barədə izahat verməyiblər.
Ərəbistanda şiələrə qarşı zülm daima mövcud olsa da, Məhəmməd bin Salmanın səud vəliəhdi kimi hakimiyyətə gəlməsindən sonra şiddətlənibdir.
Teqlər