Fev 06, 2022 18:18 Asia/Baku
  • sionist
    sionist

Onlarla sionist qəsəbə sakini bir daha Qüdsü işğal etmiş rejim hərbçilərinin dəstəyi ilə qanunsuz surətdə Məscidüləqsanın ərazisinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist qəsəbə sakinləri daima, Qüds İslami Vəqflər İdarəsinin etirazlarına məhəl qoymadan Məscidüləqsaya basqın edirlər. Bu hərəkət Fələstin xalqının və fələstinli qrupların reaksiyalarına gətirib çıxarır.

Sionistlərin bugünkü basqını və qanunsuz surətdə Məscidüləqsanın ərazisinə daxil olmaları qəsbkar rejim hərbçilərinin güclü himayəsilə baş tutubdur.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas son zamanlar bir bəyanatda sionist rejimi Məscidüləqsaya qarşı hər hansı təcavüzdən çəkinməyə çağırdı və vurğuladı ki, bu kimi hərəkətlər böyük bir müharibəyə gətirib çıxara bilər və bu, sionist düşmənə baha başa gələcək.

Teqlər