N.Bennetin siyasətlərinə qarşı aksiya
-
sionist rejim
Sionistlər sionist rejimin baş naziri Naftali Bennetin mənzili qarşısında etiraz aksiyası keçiriblər. Buna səbəb, sionistlərin mobil telefonlarından casusluq olub.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin on üçüncü telekanalı bildirib ki, bu rejimin daxili kəşfiyyat və təhlükəsizlik təşkilatı- ŞABAK işğal olunmuş ərazilərdəki sionistlərin cib telefonlarına nəzarət edir. Bu gizli planı “qara qutu” adlandıran ŞABAK, bu planda işğal olunmuş ərazilərdəki mobil telefonlara nəzarət etmək və onların izinə düşmək üçün texnoloji vasitələrdən istifadə edir.
Yüzlərlə sionist günən gecə Naftali Bennetin siyasətlərinə etirazda onun mənzili qarşısında keçirdiyi etiraz aksiyasında şüarlar verib, baş nazirin siyasətlərini təhlükəli adlandırıbdır.
Aksiyaçılar Peqasus casusluq proqramı ilə sionistlərin cib telefonlarından casusluq məsələsi haqda təhqiqatın aparılmasını tələb ediblər.
Aksiya iştirakçıları sionist rejimin sabiq baş prokuroru Avixay Mandelblitə qarşı da şüarlar səsləndiriblər.
Etiraz aksiyasında sionist rejim parlamenti- knesset-in sağçı üzvlərindən bir çoxu da iştirak edibdir.