Mart 13, 2022 21:04 Asia/Baku
  • Ərəbistan
    Ərəbistan

Səud başçılarının səksən bir nəfəri edam etmələri Ərəbistandan kənarda geniş şəkildə pislənib.

SəhərAzəri-nin məlumatına əsasən, Ərəbistan daxili işlər nazirliyi dünən ölkədə insan hüquqlarının pozulmasının davamında bir gündə səksən bir nəfərin edam edilməsi hökmünün icrasından xəbər verib.

Bu elandan az sonra Ərəbistan hökumətilə müxalif medialar səksən bir nəfərin qırx birinin şiə olduğunu ifşa ediblər.

Deyilənlərə görə, bu şiə gənclər Ələhsa əyalətinin Qətif bölgəsindən olublar. Onlar səud hökuməti tərəfindən müxtəlif bəhanələrlə tutulub, zindanda saxlanılmışdılar.

Ələrəb adasındakı müxaliflər cəmiyyəti bu xəbərə reaksiyada vurğulayıb ki, bu qətli-am, əqidələrini ifadə etmək üçün öz qanuni haqqlarından istifadə edən və zindana atılan gənclərə qarşı törədilib.

O, deyib ki, Məhəmməd bin Salman günahsızların qırğın edilmələrindən ləzzət alan qatildən başqa bir kəs deyildir.

 

Teqlər