Fələstin qruplarının Ərbil əməliyyatına reaksiyası
Fələstinin müxtəlif qrupları İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İraqın Ərbil şəhərindəki Mossad qərargahına qarşı əməliyyatını təbrik edərək, sionist rejimin yalnız güc dilini anladığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü Yusif Əl-Həsayenə bu haqda deyib: "Müstəqil milli iradə ən yaxşı şəkildə təzahür edir və təcavüzün qarşısını alır və ona tam güc və qüdrətlə cavab verir. Münasibətləri normallaşdıranların gözləri heç vaxt yatmayacaq".
Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin Qəzzədəki media ofisinin rəsmisi Əhməd Xəris etdiyi çıxışında deyib: "Mossad-ın Ərbildəki təlim mərkəzlərinin bombalanması bölgədə sionistlərin quyruqlarının kəsilməsi idi və İran dünyaya güclü olduğunu və sionistlərin və onların casus şəbəkələrinin hücumlarını bağışlamayacağını vurğuladı".
Fələstindəki Müqavimət Komitələrinin media ofisi də deyib: "İranın bu sərt cavabı sionist rejiminin cinayətlərinə cavab olaraq, həyata keçirildi və yalnız real müqavimətin sionist rejimi dayandıra biləcəyini göstərdi".
Fələstin Mücahidləri Hərəkatı isə bildirib ki, bu əməliyyat sionistlərin bölgədəki mənafeyini və təhlükəsizliyini hədəf aldı və sionist düşmənin yalnız güc dili ilə cilovlandığını təsdiqlədi.