Mart 30, 2022 13:46 Asia/Baku
  • Hizbullah
    Hizbullah

Livan Hizbullahı vurğulayıb: "İşğal olunmuş ərazilərin dərinliklərində sionist düşmənə möhkəm şillə vuran "Bnei Brak" əməliyyatı müqəddəs Fələstin torpaqlarında işğalçılar üçün heç bir təhlükəsiz yer olmadığını sübut etdi".

SəhərAzəri-nin məlumatına əsasən, Təl-Əvivin şərqində yerləşən Bnei Brak bölgəsi çərşənbə axşamı gecə fələstinli azadə Ziya Həmarşənin şəhidlik əməliyyatının şahidi olub və bunun ardınca şəhid olub. Bu müqavimət əməliyyatında ən azı 5 sionist öldürülüb, 6 nəfər isə yaralanıb.

"Əl-Minar"ın məlumatına görə, Hizbullah verdiyi bəyanatda, Bnei Brak şəhidlik əməliyyatı münasibətilə Fələstin xalqını və onun qəhrəman döyüşçülərini təbrik edib və vurğulayıb: "Müqavimət əməliyyatlarının genişlənməsi və ardıcıllığı, həmçinin müqavimət döyüşçülərinin qarşıdurma üsullarını inkişaf etdirmələri və bir neçə gün ərzində üç xüsusi əməliyyat keçirmələri bizim Fələstin xalqımızın özünü müdafiə etmək və torpaqlarını azad etmək əzmində olduğunu təsdiqləyir".

Teqlər