Qum fırtınası Ərəbistan və Küveyti xəbərdar edib
Ərəbistan və Küveyt, bu iki ölkənin səmasını bürümüş qum fırtınası ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib və bu haqdakı təlimatlara əməl edilməsini istəyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Ərəbistan hidrometeorologiya mərkəzinin yaydığı peyk görüntülərinə əsasən, Əlşərqiyyə bölgəsini bürüyən qum fırtınası bu gün, bazar günü Ərriyada və Əlqəsim bölgəsinə çəkiləcək.
Küveyt hidrometeorologiya idarəsi də şənbə günü bu ölkəyə çatan güclü toz-torpaq dalğası barədə xəbərdarlıq edib.
İqlim dəyişiklikləri və bunun nəticəsində regionda yağıntıların azalması, ekologiyanın ziyan çəkməsi, yaşıllıqlar və ağacların məhv edilməsi, həmçinin ölkələrin səhraların abadlaşdırılması layihələrində iştirak etməmələri, mütəxəssislər tərəfindən qum fırtınalarının formalaşması və hərəkətə gəlməsinin başlıca səbəbləri hesab olunur.