Sionistlər Məscidüləqsaya vəhşicəsinə basqın ediblər
-
Sionist rejim hərbçiləri
Sionist rejim hərbçilərinin Məscidüləqsanın ərazisinə vəhşicəsinə basqını və fələstinliləri atəşə tutmaları nəticəsində onlarla nəfər yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri bu gün səhər vəhşicəsinə Məscidüləqsanın ərazisinə hücum ediblər. Nəticədə onlarla/ fələstinlilər arasında kəskin toqquşma baş verib.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejim hərbçiləri Məscidüləqsada olan fələstinlilərə qarşı rezin güllələrdən istifadə ediblər. Nəticədə qırx fələstinli ağır şəkildə yaralanıb.
Belə bir halda, dünən «Həmas» islami müqavimət hərəkatı bir bəyanatda vurğulayıb ki, qəsbkar sionist qəsəbə sakinlərinin sionist hərbçilərin himayəsi altında Məscidüləqsaya təcavüzlərinin təkrarlanması, heç vaxt bu məscidin/ zaman və məkan cəhətdən bölünməsi planının icrası və ya onun islami mahiyyətinin dəyişməsi ilə nəticələnməyəcək.