May 08, 2022 12:58 Asia/Baku
  • İsrail odla oynayır – TƏHLİL

Qəsbkar İsrail rejiminin məşum planı fələstinlilərin kəskin müqviməti ilə üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, İsrailin yeni yəhusi qəsəbələri salmaq haqda qərarı bir daha sionist hökumət ilə mühacirlər arasında iş bölgüsü olduğunu ortaya qoymuşdur; belə ki, mühacirlər Məscidül-Əqsanın tədricən dağıdılması məsuliyyətini öz üzərinə götürmüşlər və sionist rejim quruculuq və inkişaf adı altında öz siyasi bazalarını gücləndirir. Bu arada Amerika prezidenti Co Baydenin səfəri öncəsi bu qərarın açıqlanması həm də o deməkdir ki, qəsbkar rejim Bayden və onun Demokrat Partiyasını Donald Trampın keçmişdə gördükləri istiqamətə yönəltmək istəyir.

Maraqlıdır ki, ABŞ, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Rusiyadan ibarət dördlük hələ bir neçə il əvvəl İsrail ilə Fələstin Muxtariyyəti arasında danışıqlar prosesinin nəticəsi olaraq İordan Çayının Qərb Sahilində Fələstin dövlətinin yaradılması ilə razılaşıblar. Həmçinin BMT Təhlükəsizlik Şurasının 242 və 338 saylı qətnamələrində sionist rejimin 1967-ci ildə işğal olunmuş ərazilərdən, o cümlədən İordan Çayının Qərb Sahili və Şərqi Qüdsdən qeyd-şərtsiz geri çəkilməsi tələb olunur. Bu qətnamələr BMT-nin onlarla digər qətnamələri ilə birlikdə Fələstin dövlətinin formalaşması üçün hüquqi dəstək verir.

Lakin 1967-ci il müharibəsinin son günlərindən başlayaraq sionistlər bölgənin demoqrafik vəziyyətini dəyişmək strategiyasını həyata keçirərək satellit şəhərciklər yaratmaqla Fələstin dövlətinin qurulmasını əngəlləmişlər və həmin işğal planını bu gün də davam etdirirlər, Qüds şəhəri isə dörd tərəfdən əhatəyə alınaraq, Fələstin ərazilərinin qalan hissəsindən faktiki olaraq ayırılır.

Bu strategiyanın məqsədi ərazilərdə məhdud da olsa Fələstin dövləti yaratmaq imkanının qarşısını almaq və eyni zamanda rejimin Qüds şəhəri üzərində hökmranlığını təkmilləşdirməkdir.

Belə bir şəraitdə sionist rejim mühacirlərin məskunlaşdırılması siyasətini davam etdirməklə dünyaya mesaj verir ki, bu rejim qalan Fələstin bölgələrinə göz tikib və yaşayış massivləri salmaqla addım-addım irəliləyir. Əsas məqsəd Fələstin dövlətinin yaradılmasını əngəlləmək və fələstinli qaçqınların geri qayıtmasına mane olmaqdır. Ən əsası isə, Qüds şəhərini İordan Çayının Qərb Sahilinin qalan hissəsindən ayırmaq irqçi rejimin ambisiyalarına daxildir. Ancaq bu xəmir hələ çox su aparacaq və İsrail üçün asan başa gəlməyəcək, zira hazırda Fələstin Müqavimətinin güclənməsi sionistlərin məşum planını fiaskoya uğradan əsas amilə çevrilib.

Teqlər