May 16, 2022 13:28 Asia/Baku
  • Livanın parlament seçkiləri
    Livanın parlament seçkiləri

Livanın daxili işlər naziri deyir ki, ölkədəki parlament seçkilərində iştirak 41 faiz civarındadır.

SəhərAzəri-nin məlumatına əsasən, Livanda parlament seçkiləri bazar günü keçirilib. Bu seçkilərdə 718 namizəd 103 siyahı çərçivəsində Livan parlamentindəki 128 yer uğrunda mübarizə aparıblar. 

İran Press-in məlumatına görə, Livanın daxili işlər naziri Bəssam Mövləvi bazar günü bildirib ki, parlament seçkilərində ölkədaxili seçici fəallığı 41 faiz təşkil edib.

Daha əvvəl Livanın baş naziri Nəcib Miqati səsvermə başa çatdıqdan sonra bəzi bölgələrdə seçici fəallığının 50 faizi ötdüyünü bildirib. 

Livandakı seçki məntəqələri bazar günü yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 19:00-da bağlanıb və dərhal səslərin sayılması prosesi başlayıb. 

Xaricdə yaşayan livanlılar üçün keçirilən bu seçkilərin birinci və ikinci turları ötən həftə 58 ölkədə 60 faiz iştirakla keçirilib.

Seçkilərin təhlükəsizliyini 80 min təhlükəsizlik qüvvəsi təmin edib. 

Livanlılar bazar günü parlament seçkilərində iştirak etmək üçün elə bir halda seçki məntəqələrinə getdilər ki, ekspertlər xüsusilə də sünni partiyalar arasındakı fikir ayrılıqları və 14 mart qrupuna bağlı cərəyanların parçalanması fonunda Hizbullah və onun müttəfiqlərinin 2018-ci ildə olduğu kimi yenidən qalib gələcəyini proqnozlaşdırırlar.

Teqlər