Livan parlament seçkiləri: Hizbullah və Əməl hərəkatı ən çox səs qazanıblar
Hizbullah və Əməl hərəkatı, onları zəiflətmək üçün çirkli pullarla aparılan bütün təbliğatlara rəğmən, iştirak etdikləri bütün seçki dairələrində ən çox səs toplayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Livan parlament seçkilərinin ilkin nəticələri bütün hesablamaları alt-üst etdi və "Azad Vətənpərvərlik Hərəkatı", rəqibi Səmir Cəcənin rəhbərlik etdiyi "Livan Qüvvələri" partiyasını məğlub edərək, birinci oldu. Hizbullah və Əməl hərəkatı da parlamentdəki yerlərini qoruyub-saxladılar.
Livan kanallarından birinin müxbiri bir reportajda deyib: "Livan, parlament seçkilərini arxada qoydu və yekun nəticələrin bəlli olması və fraksiyaların taleyinin müəyyənləşməsi üçün geriyə sayım başlayıb".
Hizbullah və Əməl hərəkatı, onları zəiflətmək üçün çirkli pullarla aparılan bütün təbliğatlara baxmayaraq, iştirak etdikləri bütün seçki dairələrində ən çox səs toplayıblar. Bu iki partiya özlərinə qarşı bütün xarici cəhdləri neytrallaşdıra bildilər və beləliklə də müqavimət hələ də Livan müdafiəsinin əsas oxu olaraq, qaldı.
Livanın keçmiş xarici işlər naziri Ədnan Mənsur deyib: "Livanın bu iki partiyasına qarşı bütün qərəzli hücumlara və müqavimətə qarşı bütün xarici hücumlara baxmayaraq, onlar qəti qələbə qazandılar və parlamentdə 27 mandatı özlərinə həsr etməklə əslində onlara ayrılmış yerlərin yüz faizinə sahib çıxdılar.