İyul 16, 2022 12:32 Asia/Baku
  • Yaxın Şərq dövlətləri kiminsə

Pekin ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Qərbi Asiyaya rəhbərlik etməsi barədə bəyanatını tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, yalnız Yaxın Şərq ərazisində yaşayan xalqların nümayəndələri öz ölkələrinin regiondakı rolu barədə danışa bilərlər.

Diplomat ABŞ prezidentinin ölkəsinin "xüsusi mövqeyi" ilə bağlı bəyanatını şərh edərkən qeyd edib ki, Yaxın Şərq dövlətləri kiminsə "arxa bağçası" deyil.

Van Venbin vurğulayıb ki, hazırda Qərbi Asiya ölkələrinə ilk növbədə sosial-iqtisadi artım və sabitlik lazımdır.

"Yaxın Şərqin sahibləri onun ərazisində yaşayan xalqlardır", - XİN nümayəndəsi yekunlaşdırıb.

Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Bayden ABŞ-ın region işlərində necə deyərlər "həyati rolunu" təsdiqləmək üçün Qərbi Asiya ölkələrinə işgüzar səfərə gedib. Həmçinin, ABŞ prezidenti Fars körfəzi ölkələri vasitəsilə neft hasilatının artırılması məsələsində irəliləyiş əldə etmək niyyətindədir.

Teqlər