İyul 16, 2022 13:15 Asia/Baku
  • ABŞ-ın sionist rejimlə normallaşma tabusunu qırmaq cəhdi

ABŞ prezidenti Co Bayden işğal olunmuş ərazilərdən birbaşa uçuşla Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Bayden Təl-Əvivi tərk edərkən bildirib ki, o, Fələstinin işğal olunmuş ərazilərindən birbaşa uçuşla Ərəbistana gedən ilk ABŞ prezidentidir.  

Bu səfər ABŞ-ın regionun ərəb rejimləri ilə sionist rejim arasında saziş tabusunu qırmaq cəhdləri istiqamətində baş tutub.

Səudiyyə Ərəbistanı bu qəsbkar rejimə kompromis getmək məqsədlərinə uyğun olaraq, öz hava məkanını bütün İsrail aviaşirkətlərinə açdığını elan edib. 

ABŞ prezidentinin işğal olunmuş Fələstinə və Səudiyyə Ərəbistanına səfəri bölgə xalqı və Fələstin müqavimət qruplarının mənfi reaksiyaları ilə üzləşib.

Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin rəhbəri Əhməd Xəris ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərinə reaksiyada,  bu səfərin heç bir nəticə verməyəcəyini və ərəb xalqlarına ancaq dağıntı gətirəcəyini vurğulayıb.

İranın xarici işlər nazirinin Qərbi Asiya üzrə müavini də öz Tvitter səhifəsində ABŞ prezidentinin Qərbi Asiyaya səfərinə işarə edərək, bu şeytani səfərin acı bəhrəsinin şər, fitnə, müharibə və qardaş qırğını olduğunu vurğulayıb.

İranın xarici işlər nazirinin Qərbi Asiya üzrə müavini Məhəmməd Sadiq Fəzli tvitində qeyd edib ki, Baydenin məşum gəlişi bölgədəki bütün əmin-amansızlıqlar və təhdidlərin mənbəyi olan xərçəngli rejimlə münasibətlərin normallaşdırılmasına yönəlib.

Eyni zamanda səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının vəhşicəsinə öldürülməsi Baydenin səfərinə ağır kölgə salıb. ABŞ prezidenti Ərəbistana səfəri zamanı qaşıqçının qətli məsələsini qaldıracağını birbaşa açıqlamaqdan imtina edib.

Teqlər