İyul 20, 2022 13:25 Asia/Baku
  • Nəsrullah: Livanın hüquqları qorunmasa, İsrail neft çıxara bilməz

Livan Hizbullahının baş katibi vurlayıb: "Livan müharibə istəmir, lakin Livan neft və qaz ehtiyatlarını çıxara bilməsə, sionist rejimin bütün işğal olunmuş Fələstində hasilatına icazə verilməyəcək".

SəhərAzəri- "Əl-Əxbar"ın məlumatına görə, Seyid Həsən Nəsrullah missionerlər və alimlərin iştirakı ilə keçirilən illik Aşura toplantısında çıxışı zamanı deyib: "İstəyimiz cəbhə açmaq deyil. Biz yalnız öz haqqımızı istəyirik. Biz amerikalıların və israillilərin boyun əymələri üçün tavanı qaldırırıq, çünki Livanda çöküş yolu davam edir. Bəziləri üçün həll yolu təslim olmaqdırsa, biz bunu qətiyyən qəbul etməyəcəyik. Biz hadisələrin inkişafını gözləyirik və hər şeyə hazırıq". 

Nəsrullah əlavə edib: "Düşmən bu gün özünü zəif hiss edir və müharibə istəmir və bilir ki, müharibə təkcə Hizbullahla deyil, bütün müqavimət mehvərinə inkişaf edə bilər və onun devrilməsinə səbəb ola bilər". 

Teqlər