Qəzəblənmiş İraq xalqı Türkiyə səfirliyinin önündə aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i391415-qəzəblənmiş_İraq_xalqı_türkiyə_səfirliyinin_önündə_aksiya_keçirib
Türkiyənin Kürdüstan bölgəsinə qarşı hava hücumu, bir qrup mülki şəxsi öldürüb, yaralamasından sonra İraqın qəzəblənmiş xalqı Türkiyənin Bağdadın Əlvəziriyyə rayonunda yerləşən səfirliyi önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2022 11:59 Asia/Baku
  • İraq
    İraq

Türkiyənin Kürdüstan bölgəsinə qarşı hava hücumu, bir qrup mülki şəxsi öldürüb, yaralamasından sonra İraqın qəzəblənmiş xalqı Türkiyənin Bağdadın Əlvəziriyyə rayonunda yerləşən səfirliyi önündə aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, İraqlı medialar hiddətlənmiş etirazçılar qarşısında Türkiyə səfirliyini himayə etmək üçün səfirliyin ətrafında xüsusi təyinatlı qüvvələrin geniş miqyasda yerləşdirilməsindən xəbər veriblər.

Əl-Əhd vebsaytının müxbiri də qəzəbli etirazçıların Türkiyə səfirliyinin içərisinə basqın etmələrini əngəlləmək məqsədilə səfirliyin ətrafında geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Etirazçılar İraq hökumətindən Türkiyənin ardıcıl təcavüzlərinin qarşısını almaq istiqamətində önləyici tədbirlər görməsini tələb ediblər.

Kərbəla və Nəcəfi-Əşrəf şəhərlərində də oxşar aksiyalar keçirilib, Türkiyə vizasının verildiyi mərkəzlər bağlanıbdır.

İraqdakı xəbər mənbələri az öncə Türkiyə ordusunun İraqın şimalına qarşı artilleriya hücumu və İraqın Kürdüstan bölgəsindəki bir kurort mərkəzinə top mərmisinin düşdüyünü bildiriblər.