ABŞ-ın hərbi bazası zərbə altında
Amerika qüvvələri Suriyada sıxışdırılır
Son həftədə ikinci dəfə olaraq ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb.
SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın şərqində ABŞ-ın işğal etdiyi neft yatağı və bazaya raketlərlə hücum edilib. Belə ki, ötən gecə naməlum tərəflər ABŞ-ın Fəratın şərqində zəbt etdiyi ən böyük neft yatağı ərazisinə raketlərlə hücum edib.
Əlavə edilib ki, Deyrəzzurda əl-Ömər neft yatağının ərazisinə bir neçə raket düşüb.
Partlayış səslərindən sonra ABŞ-ın PUA və helikopterləri havaya qalxıb.
Cari həftənin əvvəlində də sözügedən əraziyə katyuşa raketləri atılmış, bir neçə gün öncə isə Suriya-İordaniya sərhədində yerləşən və ABŞ-ın zəbt etdiyi digər ərazi, yəni ət-Tənəf bölgəsi PUA-ların hücumuna məruz qalmışdı.
Qeyd edək ki, ABŞ və separatçı kürd birləşmələri 2014-ci ildən başlayaraq İŞİD-lə mübarizə adı altında bölgəni zəbt edib və Suriya dövlətinin çağırışlarına baxmayaraq öz qanunsuz əməllərinə son qoymaq istəmirlər.