Sen 01, 2022 17:24 Asia/Baku
  • İmam Musa Sədrin oğurlanmasının 44-cü ildönümünə həsr olunmuş toplantı

Livanın cənubunda yerləşən Sur şəhərində İmam Musa Sədrin və onu müşayiət edənlərin oğurlanmalarının 44-cü ildönümü mərasimi keçirilib.

Livanın cənubunda yerləşən Sur şəhərində İmam Musa Sədrin və onu müşayiət edənlərin oğurlanmalarının 44-cü ildönümü və livanlıların əhatəli müqavimətlə əhd-peymanlarının yenilənməsi mərasimi keçirilib.

Livan parlamentinin sədri Nəbih Berri bu toplantıda bildirib ki, Əməl hərəkatı ilə Hizbullah hərəkatı arasında ixtilaf salmaq kimi xam xəyalda olan kəs illüziyaya qapılıbdır.

O, Livanla işğal olunmuş Fələstin arasında dəniz sərhədlərinin çəkilməsi işində əhatəli müqavimətin vahid mövqeyi barədə isə belə deyib:

"Nəbih Berri: Amerikanların bu müzakirələrdəki oyunu göz qabağındadır. Əgər bizim hakimiyyətimiz təhdid olunarsa, öz neftimiz, qazımız, torpağımız, sərhədlərimiz və hüquqlarımızı qəti şəkildə və var gücümülə müdafiə edəcəyik."

Sionist rejimlə dolayısı ilə müzakirələrin məhdud zamana malik olduğunu bildirən Livan məclisinin sədri ABŞ ilə sionistlərin vaxtı tələf etmələri haqda xəbərdarlıq edib.

Nəbih Berri Livan parlamentinin üzvləri tərəfindən bu ölkənin yeni prezidentinin iki ayadək seçilməsinə də toxunub: Biz, qəti şəkildə, sionist rejimin Livanın varlığı üçün bir təhdid olması əqidəsində olan bir kəsi seçəcəyik.

Livanlılar bir daha bu toplantıda bildiriblər ki, müqavimətin prioriteti, Livanın Aralıq dənizindəki neft və qaz mənafeyinin sionist rjeimin tamahkarlığından müdafiəsi istiqamətində hərəkət etməkdir.