Ayətullah Sistani İraqdakı son aramsızlıqlardan təəssüflənib
-
İraq
İraqda şiələrin yüksək dərəcəli mərcəiyyəti ötən günlər bu ölkədə baş vermiş hadisələrdən təəssüf ifadə edib.
SəhərAzəri-nin məlumatına əsasən, İraqın durumu bu müddət ərzində, xüsusən keçən həftələrdə Sədr cərəyanını himayə edən iğtişaşçıların nümayişlərindən sonra gərginləşibdir.
Sədr cərəyanının rəhbəri Seyid Müqtəda Əl-Sədrin siyasət meydanından kənara çəkildiyini elan etməsindən sonra bu cərəyanın havadarları İraqın hökumət orqanlarına təcavüz və bəzi binaları qəsb etdilər. Bu hərəkətlər sonda İraqın təhlükəsizlik qüvvələrilə toqquşmaya gətirib çıxardı.
İraqda şiələrin yüksək dərəcəli mərcəiyyəti Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Hüseyn Əl-Nuri bu ölkədə baş vermiş son çaxnaşmalarda öldürülmüş şəxslərin ailələrinin kədərləri ilə bölüşüb. Bildirib ki, Ayətullah Sistani baş verən hadisələrdən son dərəcə təəssüflü və qəmgindir.
Əlnuri qeyd edib ki, şiələrin yüksək dərəcəli mərcəiyyəti İraqda baş verənlərdən narazıdır və bu biabırçı hərəkətləri pisləyir.