Qərb sahilində bir fələstinli yeniyetmə şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i393160-qərb_sahilində_bir_fələstinli_yeniyetmə_şəhid_edilib
Fələstinli tibb mənbələri bildiriblər ki, sionist hərbçilərin birbaşa atəşləri nəticəsində bir fələstinli yeniyetmə şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2022 09:19 Asia/Baku
  •  fələstinli
    fələstinli

Fələstinli tibb mənbələri bildiriblər ki, sionist hərbçilərin birbaşa atəşləri nəticəsində bir fələstinli yeniyetmə şəhid olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bu mənbələr qeyd ediblər ki, Ədi Saleh adlı on beş yaşlı fələstinli yeniyetmə qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin Kəfərdan qəsəbəsində şəhid edilib.

Fələstinli mənbələr həmçinin Kəfərdan qəsəbəsində müqavimət qüvvələri ilə sionist hərbçilər arasında silahlı toqquşmanın baş verdiyini bildiriblər.

Toqquşmaların davam etməsilə bir zamanda sionist rejimin snayperləri Kəfərdan qəsəbəsindəki evlərin damlarında yerləşiblər.

Yerli mənbələr bildiriblər ki, sionist hərbçilər, yaralı fələstinli yeniyetməni xəstəxanaya çatdırmaq istəyən təcili yardım maşınının Kəfərdan qəsəbəsinə daxil olmasına mane olublar.

Belə bir halda, dünən fələstinli müqavimət qüvvələri ilə sionist hərbçilər arasında baş verən toqquşmada iki fələstinli döyüşçü şəhid olub və bir sionist hərbçi məhv edilibdir.