Oman parlamenti sionist rejimlə əlaqələrin kriminallaşdırılmasına səs verib
Oman Sultanlığının Şura Məclisi İsrail rejimini boykot edən qanunun 1-ci maddəsinə dəyişiklik edən qanun layihəsini prosedur aspektlərini tamamlamaq üçün Qanunvericilik və Hüquq Komitəsinə göndərib.
SəhərAzəri-nin məlumatına əsasən, Oman parlamentinin sədr müavini Yəqub Əl-Harisi bildirib ki, bu təklif yuxarıda adı çəkilən maddədə nəzərdə tutulan boykotun əhatə dairəsini genişləndirir və kriminallaşmanın genişlənməsinə və bu rejimin boykotunun genişlənməsinə səbəb olur. Əl-Harisi, həmçinin deyib: "Qanun hazırkı formada istər fiziki, istərsə də hüquqi şəxslər üçün sionist rejimlə əlaqə saxlamağı qadağan edir.
Ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşması 2020-ci ilin sentyabrında başlayıb. Əmirliklər, Bəhreyn, Mərakeş və Sudan 2020-ci ilin sonunda sionist rejimlə münasibətlərini normallaşdıran dörd ərəb ölkəsidir.
Omanın hələ 4 ərəb ölkəsinin münasibətlərinin normallaşmasından əvvəl də sionist rejimlə qarşılıqlı əlaqəsi var idi və Benyamin Netanyahu 2018-ci ilin oktyabrında Maskata səfər edib və bu ölkənin mərhum kralı Sultan Qabusla görüşüb, fikir mübadiləsi aparmışdı. Lakin son 4 ildə Maskat və Təl-Əviv arasında münasibətlər inkişaf etməyib. İndi Oman Milli Şurasının nümayəndələri iqtisadi, idman və mədəni əlaqələri kəsmək və bu rejimlə qarşılıqlı əlaqəni qadağan etmək istəyirlər.
Oman Milli Şurasının bu hərəkəti Sultan Qabusun sionist rejimin boykot edilməsi ilə bağlı 9/72 saylı kral fərmanının tamamlanmasıdır.