Türkiyə-Suriya zəlzələlərində ölənlərin sayı 45 mini keçib
Türkiyə və Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdə ölənlərin sayı 45 mini keçib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, dağıdıcı zəlzələdən sonra Türkiyədə ölənlərin ümumi sayı 39 min 672 nəfərə çatıb. Suriya hökuməti və Birləşmiş Millətlər Təşkilatı isə Suriyada 5 min 800-dən çox insanın öldüyünü bildirir.
Fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimalında 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində bir çox binaya ziyan dəydi. Bir sıra ərazilərdə axtarış-xilasetmə əməliyyatları hələ də davam edir, digər yerlərdə isə onların başa çatması elan edilib.
Dünyanın bir çox ölkələri Türkiyə və Suriya hökumətinə və xalqlarına başsağlığı verib, onlarla həmrəyliklərini bildiriblər.
Bundan əvvəl Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi AFAD zəlzələ qurbanlarının sayını 38 min 44 nəfər elan etmişdi.
Agentlik cümə günü səhər saatlarına qədər bu zəlzələdə 108 mindən çox insan xəsarət aldığını bildirib.
AFAD-ın bildiridiyinə görə, son zəlzələ bu ölkədə 13 milyon insanın həyatına təsir edib.