Oman rəsmisi: Biz İsrail təyyarələrinin torpaqlarımıza enməsinə icazə verməyəcəyik
Oman Aviasiya Şirkəti ölkəsinin heç bir şərt altında İsrail təyyarələrinin Omana enməsinə icazə verməyəcəyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Məlumata görə, Oman Aviasiya Şirkətinin rəhbəri Nayif Əl-İbri ölkəsinin yalnız İsrail təyyarələrinin öz hava məkanından keçməsinə icazə verdiyini və onların Omana enməsinə icazə verməyəcəyini bildirib.
Nayif Əl-İbri əlavə edib ki, aviasiya təşkilatı beynəlxalq konvensiyalara, o cümlədən 1944-cü ildə imzalanmış “Çikaqo” müqaviləsinə və ona sadiq qalan bütün ölkələrə əməl edən texniki orqandır.
Oman Aviasiya Şirkəti rəhbəri dəqiqləşdirib ki, şirkətin bəyanatı yalnız Oman ərazisindən keçən təyyarələr üçün açıqdır. Beynəlxalq müqaviləyə uyğun olaraq təcili eniş edilmədiyi haldan başqa, heç bir halda Oman hava limanlarına enişə icazə verilmir.
Xatırladaq ki, fevralın 23-də Oman Aviasiya Şirkəti sionist aviasiya şirkəti qeyd etmədən bəyanat yaymış və bütün mülki təyyarələrin ölkənin hava məkanından keçməsinə icazə verdiyini açıqlamışdı.