Mart 24, 2023 21:56 Asia/Baku
  • Suriya və Ərəbistan öz səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər

Suriya və Ərəbistan, diplomatik əlaqələrinin on ildən çox bir müddət boyunca kəsilməsindən sonra dünən öz səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Bu razılaşma Suriyanın ərəb ölkələri sırasına qayıdışı istiqamətində irəliyə doğru atılan iri addım sayıla bilər.

Dəməşq-Ərriyad razılaşması Tehran-Ərriyad razılaşmasından sonra Çinin vasitəçiliyi ilə əldə olunub. Deyilənlərə görə, Ərəbistanın Dəməşqdəki konsulluğu Fitr bayramından sonra öz fəaliyyətini bərpa edəcək. Ondan öncə isə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Dəməşqə səfərdə, başda prezident Bəşşar Əsəd olmaqla Suriya rəsmiləri ilə görüşəcək.

Teqlər