Mart 24, 2023 22:10 Asia/Baku
  • Sionist rejimin yeni qanunu baş nazirin götürülməsini çətinləşdirdi

Sionist rejim parlamenti- knessetdə qırx yeddi əleyhinə səs qarşılığında altmış bir lehinə səslə yeni qanun qəbul edilib. Bu qanun baş nazirin vəzifəsindən götürülməsini çətinləşdirir.

SəhərAzəri-nin məlumatına əsasən, Baş nazir təkcə cismani və ya ruhi xəstəlik təqdirində, o da ki, yalnız baş nazirin özü və ya nazirlər kabineti üzvlərinin dörddə üç hissəsinin belə bir qərara gələcəyi halda vəzifəsindən kənarlaşdırıla bilər.

Korrupsiya ittihamı və ya şəxsi mənafeyin baş nazirin ixtiyar və vəzifələri ilə təzad təşkil etməsi, onun kənarlaşdırılması üçün kifayət etməyəcəkdir.

Bu qanunun qəbul edilməsi fonunda xatırladaq ki, uzun müddətdir, sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya işi cərəyandadır.

Netanyahunun məhkəmə islahatlarının bir hissəsi olan qanundakı bu dəyişikliklə,/ o,/ ali məhkəmənin və ya prokurorluğun/ özünün ehtimal edilən kənarlaşdırılmasına olan nüfuzlarının qarşısını almaq istəyir.

Sözügedən qanun,/ işğal olunmuş ərazilərdə Netanyahunun başçılıq etdiyi yeni ekstremist sağ dini hökumətin knessetdə qəbul etdirdiyi qanun kimi,/ münaqişə yaradan dəyişikliklər silsiləsindən ilk addmdır.

Bu dəyişiklik sonda məhkəmə sisteminin qüdrətinin məhdudlaşması ilə nəticələnəcək. Tənqidçilər deyirlər ki, Netanyahu üçün işlənib hazırlanmış bu qanun sionist rejimdə korrupsiyaya rəvac verəcək və sionistlər arasındakı çatları daha da genişləndirəcəkdir.

Bundan qabaq hakimiyyətdən uzaqlaşdırma prosesinin detalları diqqətlə müəyyən edilməmişdi. Deyilənlərə görə, bu qanunun öncəki formasında/ əleyhinə olan korrupsiya işinə görə,/ Netanyahunun kənarlaşdırılması/ daha asan idi.

Yeni qanunda isə, bu məsələ qeyri-mümkündür.

Müxalifət, yeni qanunu «nalayiq və pozğun bir qanun» hesab edir.

 

Teqlər