Apr 01, 2023 17:50 Asia/Baku
  • Sionist rejim başçısı sionist liderlərin düşmənçiliyi və inamsızlığını etiraf etdi

Sionist rejimin başçısı, mesajında ​​sionist rejim rəhbərləri arasında düşmənçilik və etimadsızlığın olduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, “İshaq Herzog” özünün Twitter səhifəsində işğal olunmuş ərazilərin sakinlərindən müxalif partiyalar və Netanyahu kabinetinin hazırkı koalisiyası arasında məhkəmə sistemində islahatların aparılması ilə bağlı mübahisəli planla bağlı danışıqlara fürsət vermələrini istəyib.

Sionist rejimin başçısı qeyd edib ki; təhlükəsizlik, iqtisadi və sosial çətinliklərlə üzləşən İsrail sionistlərə söz verdi ki, bu rejimin böhranından çıxmaq üçün bütün gücündən istifadə edəcək ki, mümkün qədər ümumi bir razılaşma əldə olunsun.

Netanyahunun məhkəmə sisteminin ləğvi ilə bağlı mübahisəli planın müvəqqəti olaraq təxirə salındığını elan etməsinə baxmayaraq, işğal olunmuş ərazilərdə hələ də ümummilli etiraz və tətillər davam etməkdədir. Beləki, İsraildə etiraz hərəkatının liderləri etirazların hələ də davam edəcəyini bəyan ediblər.

Teqlər