May 03, 2023 18:37 Asia/Baku
  • Livan mediası Ayətullah Rəisinin Suriya səfərini təhlil etdi

Əl-Bənna qəzeti xəbərində yazıb ki, bu tarixi səfərlə Suriyanın bərpası üçün geniş imkanlar yaranacaq, çünki hal hazırkı şərait ərəb ölkələrinin Suriya ilə əlaqələrinin yenidən qurulması prosesində heç bir rəqabətin olmadığını və iki ölkə arasında strateji əlaqələrin mövcud olduğunu göstərir.

Bu qəzet qeyd edir ki, Suriya ilə bağlı yanaşmalar birmənalıdır və bu yanaşma həmin ölkənin iqtisadi, hərbi və siyasi planı üçün güc prinsiplərini artırmaqdır. Bu hesabatda həmçinin, İbrahim Rəisi və Suriya prezidenti Bəşər Əsədin nəzarəti altında Dəməşqə səfəri zamanı iki ölkə arasında imzalanacaq müqavilələrdə bu məsələlərin diqqət mərkəzində olacağı bildirilir.Adı çəkilən mətbuat yazır ki, bu səfər zamanı iqtisadi sektora, xüsusilə enerjiyə böyük önəm veriləcək və mühüm hərbi müqavilələr də imzalanacaq.Hesabatda Ayətullah Rəisinin Dəməşqə səfəri ərəfəsində Livanın Əl-Məyadin qəzetinə müshibəsi və İran və Suriya arasında möhkəm əlaqələrə də işarə edilib.

Teqlər