İran Suriya aeroportlarını bərpa edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i399730-İran_suriya_aeroportlarını_bərpa_edir
İran İslam Respublikası Suriyada hava limanlarını bərpa edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2023 15:11 Asia/Baku
  • İran Suriya aeroportlarını bərpa edir

İran İslam Respublikası Suriyada hava limanlarını bərpa edəcək.

SəhərAzəri-nin məlumatına görə, Bununla bağlı iki ölkənin mülki aviasiya təşkilatları arasında saziş imzalanıb.

İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş deyib ki, standartlar, təlim və təmir, eləcə də aviasiya xidmət mərkəzləri ilə bağlı məsələlər barədə razılıq əldə olunub. İran birgə işçi qrupun köməyi ilə Suriya hava limanlarını, o cümlədən Dəməşq hava limanını yenidən tikməyə və avadanlıqların quraşdırılmasına hazır olduğunu bəyan edib. Aviasiya sahəsində suriyalı mütəxəssislərin hazırlanması məsələsi üzrə də saziş imzalanıb.

O bildirib ki, bu saziş İran və Suriya arasında yeni münasibətlər səhifəsi aça bilər.