May 08, 2023 19:00 Asia/Baku
  • Ərəb analitiki: Ərəb ölkələri Suriya qarşısında diz çökdü

Tanınmış analitik, “Rai əl-Yəum” qəzetinin baş redaktoru Əbdülbari Ətvan ərəb ölkələrinin Suriya qarşısında diz çökdüyünü etiraf edib.

SəhərAzəri-nin məlumatına görə, Analitik bildirib ki, Suriyanın 12 ildir tutduğu mövqe bu ölkənin heç bir şərt olmadan Ərəb Liqasına qayıtması üçün tarixi qələbəyə səbəb olub.

Onun fikrincə, Suriyanın Ərəb Liqasına qayıtması ABŞ üçün ağır məğlubiyyətdir, o, qəti şəkildə ona qarşı idi, lakin heç bir ərəb ölkəsi ABŞ-la razılaşmayıb.

Ətvan qeyd edib ki, ərəb hökumətləri Suriyanı diz çökdürmək üçün yüz milyardlarla dollar xərcləsələr də, sonunda ağ bayraq qaldırdılar.

Ərəb analitik proqnoz edib ki, bu olay regionun yeni xəritəsini cızacaq və bunun ən mühüm nəticəsi İran İslam Respublikası ilə əlaqələrin gücləndirilməsi olacaq.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının Qahirədə keçirdiyi iclasda Suriya heyətinin təşkilatın iclasına buraxılması barədə qərar qəbul edilib və bu dövlətin Ərəb Dövlətləri Liqasında fəaliyyəti bərpa edilib. Qərar iclasında qəbul edilən qətnamə layihəsində öz əksini tapıb.

 

 

Teqlər