Ərbəin zəvvarlarının təhlükəsizliyini 11 min Həşdüş-Şəbi qüvvəsi təmin edəcək
İraq Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəbinin rəhbəri bildirib ki, Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün bu təşkilatın 11 min üzvü iştirak edəcək.
Fatih Əl-Fəyyaz keçirdiyi mətbuat konfransında deyib: "Xalq Səfərbər Qüvvələrinin Kərbəla valiliyi daxilində və ətrafında, xüsusilə də müqəddəs Nəcəf şəhərinə doğru cənub oxu istiqamətində xüsusi məsuliyyəti var və biz xidmət, kəşfiyyat və texniki işləri həyata keçiririk".Həşdüş-Şəbi qüvvələrinin rəhbəri Fatif Əl-Fəyyaz cümə günü İmam Hüseyn Ərbəininin təhlükəsizlik və xidmət planı çərçivəsində görülən tədbirləri nəzərdən keçirmək üçün Bağdadın cənubundakı Fərat Əl-Əvsət bölgəsinə daxil olub və Həşdüş-Şəbi Təşkilatının bu bölgədəki əməliyyat komandirləri ilə görüşdə Ərbəin zəvvarları üçün təhlükəsizlik və xidmət planını, onlara göstərilən xidmətləri, zəvvarların sərhəd-keçid məntəqələrindən köçürülməsi prosesini və onların müxtəlif vilayətlərdən müqəddəs Kərbəla şəhərinə doğru hərəkətini nəzərdən keçirib.Əl-Fəyyaz Həşdüş-Şəbi qüvvələri ilə təhlükəsizlik orqanları və müqəddəs məkanlar, əzadarlıq dəstələri və İmam Hüseyn (ə) mökəbləri arasında edilmiş koordinasiya və əməkdaşlığı yüksək qiymətləndirib və istər İraqdan olan, istərsə də Ərbəin mərasimində iştirak etmək üçün xarici ölkələrdən gələn İmam Hüseyn (ə) və qardaşı Əbülfəzlil Abbasın (ə) zəvvarlarının rahatlığını və təhlükəsizliyini təmin etmək üçün maksimum səy göstərməyin vacibliyini vurğulayıb.Səfər ayının 20-i (6 sentyabr) şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı köməkçilərinin şəhatədinin qırxıncı günü və ya Ərbəinidir.