Avq 31, 2023 16:50 Asia/Baku
  • İsrail Türkiyəyə, oradan isə Avropaya qaz ixrac etməyi düşünür

Benyamin Netanyahu İsrailin Aralıq dənizindən çıxardığı təbii qazın Türkiyədən keçərək oradan da Avropaya nəqli üçün bir plan üzərində işləyir.

"Əl-Şərq Əl-Övsət" qəzeti sionist rejim mənbələrinə istinadən yazıb: "Sionist rejimin baş naziri Benyamin Netanyahu bir neçə nazirlikdən ibarət texniki bir komandaya qaz ixracına alternativləri nəzərdən keçirmək üçün göstəriş verib. Nəzərdən keçirilən əsas variantlardan biri də Türkiyəyə, oradan isə Avropaya dənizaltı boru kəmərinin çəkilməsidir".

Plana əsasən, sözü gedən boru xətti işğal olunmuş Fələstinin ən böyük dəniz təbii qaz yatağı olan Leviatandan Türkiyəyə, daha sonra isə Cənubi Avropa ölkələrinə uzanacaq. Netanyahunun müşavirlərinin dediyinə görə, Rəcəb Tayyib Ərdoğanda bu planda çox maraqlıdır, çünki reallaşacağı təqdirdə Türkiyə ilə sionist rejim arasında qaz sektorunda görünməmiş bir əməkdaşlıq formalaşacaq və Türkiyə və Cənubi Avropa ölkələrinin Rusiyanın qazından asılılığını azaldacaq. 

Təklif olunan boru kəməri əsas Türkiyə-Avropa boru kəmərini işğal olunmuş Fələstində və Misir və BƏƏ kimi qonşu ərazilərdə zəngin qaz ehtiyatları ilə əlaqələndirmək məqsədi daşıyır. Təşəbbüs Avropa üçün Rusiya qazına əlverişli və etibarlı alternativ ola bilər. 

Türkiyə prezidenti daha əvvəl verdiyi bir açıqlamada demişdi ki, Rusiya ilə aparılan danışıqlar nəticəsində Türkiyə Rusiya qazının Avropaya paylanmasının mərkəzinə çevriləcək.

Ərdoğanın "Türk Axını" layihəsini nəzərdə tutur ki, Rusiyadan başlayıb Qaradəniz və Türkiyə üzərindən keçən iki boru xəttini əhatə edir, hansı ki, onlardan biri Türkiyəyə qaz vermək, digəri isə Avropaya qaz ixrac etmək üçündür.

Türkiyə prezidenti keçən iyulda sionist rejimin müvəqqəti baş naziri Benyamin Netanyahunun Ankaraya gözlənilən səfəri ilə bağlı deyib: "Biz Netanyahu ilə ilk görüşümüzü keçirəcəyik və ümid edirəm ki, bu addım Türkiyə-İsrail münasibətlərində daha yaxşı bir mərhələnin başlanğıcı olacaq".

Sionist rejimin "Yerusalem Post" qəzeti bu yaxınlarda bu səfərlə bağlı yazıb: "Bu səfər Netanyahunun Türkiyəyə ilk baş nazir səfəri olacaq və iki ölkə arasında diplomatik münasibətlərin təzələnməsinin daha bir əlamətidir. Ankara Ehud Olmertin 2008-ci ildə səfərindən sonra İsrailin baş nazirini qəbul etməyib".

Teqlər