İsrailin qələbə simvolu böyük qalmaqala çevrildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i406624-İsrailin_qələbə_simvolu_böyük_qalmaqala_çevrildi
Sionist rejim Qəzzədə müqavimət tunellərindən birinin kəşfini özü üçün bir qələbə simvoluna çevirməyə çalışsa da, rejimin propaqandası boş çıxdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2023 12:16 Asia/Baku

Sionist rejim Qəzzədə müqavimət tunellərindən birinin kəşfini özü üçün bir qələbə simvoluna çevirməyə çalışsa da, rejimin propaqandası boş çıxdı.

Təsnim xəbər agentliyinin məlumatına görə, hətta sionist rejimin müharibə naziri Yoaf Qallantın bu tuneldə hazır olması belə, ordunun səriştəsizliyinə bəraət qazandıra bilməyib.

Bununla əlaqədar Vay Net portalı uzunluğu 4 kilometr iddia edilən yeni tunelin kəşfini İsrail ordusu və kəşfiyyat sistemi üçün böyük uğursuzluq kimi qiymətləndirib və yazır: “İsrail kəşfiyyatının korluğundan faydalanan HƏMAS qüvvələri Yəhya Sinvarın komandanlığı altında indiyə qədər aşkar edilmiş ən böyük hücum tuneli olan və çıxışlarından birinin Erez hərbi bazasına çatan bu nəhəng layihənin tikintisindən xəbərsiz olub”.

Bəzi məlumatlara görə isə, sionist rejimin şadyanalığı elə bir haldadır ki, HƏMAS keçmişdə bu tuneldən öz məqsədləri üçün istifadə edib, hazırda isə istifadəsizdir.