Qırmızı Dənizdə ABŞ üçün kritik vəziyyət yaranıb
Yəmən rəsmisi: Amerikaya cavabımız ağrılı olacaq
Yəmən Ənsarullah Hərəkatı lideri ofisinin direktoru öz açıqlamasında ölkəsinin Silahlı Qüvvələrinin Amerikanın Qırmızı Dənizdə yəmənli döyüşçülərə hücumuna cavabının qaçılmaz və eyni zamanda kəskin olacağını vurğulayıb.
İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Səfər əs-Sufi şəhid ailələri ilə görüşündə deyib: “Amerika Yəmən Silahlı Qüvvələrini hədəfə almaqla, özünə atəş açdı. Tezliklə sizi sevindirəcək hadisənin şahidi olacaqsınız.”
Yəmən Silahlı Qüvvələri yanvarın 1-də verdiyi bəyanatda Amerikanın Qırmızı Dənizə hücumu nəticəsində Yəmənin bir neçə dəniz qüvvələrinin şəhid olduğunu bildirib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bildirib ki, Amerika qüvvələri Qırmızı Dənizdə Yəmən qayıqlarını hədəfə almağın bədəlini ödəməli olacaq.