Sionist analitiklərin etirafı:
Fələstin Müqavimətini məhv etmək mümkün deyil - TƏHLİL
Sionist analitiklər İsrail rejiminin Fələstin müqavimətini məhv etməkdə aciz olduğunu etiraf edirlər.
Sionist rejim Qəzzə zolağına qarşı müharibənin başlanğıcında üç əsas məqsədini elan etmişdi: məhbusların azad edilməsi, Fələstinin İslami müqavimət hərəkatı "HƏMAS"ın məhv edilməsi və Qəzzəyə hökmranlıq. Lakin sionist rejim bu üç məqsədinin heç birinə nail olmayıb.
New York Times-ın analitiki və köşə yazarı Tomas Fridman bu qəzet üçün təhlilində yazıb ki, Amerikada və İsrail ordusunda üstünlük təşkil edən fikir Tel-Əvivin Fələstin müqavimətini məğlub etməkdən uzaq olmasıdır.
Bu faktı nəzərə alaraq, keçmiş və indiki sionist rəsmilər arasında bu rejimin HƏMAS-ı məğlub etməyə qadir olmadığına inananların sayı artıb.
Bununla əlaqədar İsrail rejiminin keçmiş baş naziri Ehud Barak və Netanyahunun döyüş kabinetinin üzvlərindən olan Qadi Ayzenkot İsrail ordusunun HƏMAS-ı məğlub edə bilmədiyini bəyan edib.
Ayzenkot, üstəlik, HƏMAS-ın tam məğlubiyyəti ilə bağlı vədləri “uydurma” adlandırıb.
Görünən odur ki, sionist rejimin Qəzzəyə qarşı misli görünməmiş hücumlara başladığı gündən indiyə kimi nəinki Fələstin müqavimətinin hərbi gücü azalmayıb, hətta sionistlərə ağır zərbələr endirilib və Müqavimətin raket atışları davam edir.
Əslində bu, HƏMAS-ın mövqeyi Fələstin müqavimətinin uzunmüddətli müharibəyə hazır olduğunu göstərir.
Digər tərəfdən sionist rejim tərəfindən təxminən 25 min nəfərin şəhadətinə səbəb olan hücumlar Qəzzə xalqının təslim olmasına gətirib çıxarmayıb və müqaviməti davam etməsi ilə sionist rejimdə ixtilaflar və ziddiyyətlər artmaqdadır. Və bu şəraitdə HƏMAS-ı məğlub etmək kifayət qədər absurd görünür.