Fransalı parlamentariləri: "İsrail Qəzzədə bütün sakinlərini məhv etməyə çalışır"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i408212-fransalı_parlamentariləri_İsrail_qəzzədə_bütün_sakinlərini_məhv_etməyə_çalışır
Fransa parlament nümayəndə heyəti bəyan edib ki, İsrail təkcə HƏMAS-ı yox, Qəzzənin bütün sakinlərini məhv etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2024 10:32 Asia/Baku
  • Fransalı parlamentariləri:

Fransa parlament nümayəndə heyəti bəyan edib ki, İsrail təkcə HƏMAS-ı yox, Qəzzənin bütün sakinlərini məhv etməyə çalışır.

Fransa parlament nümayəndə heyətinin sədrinin dünən (çərşənbə axşamı) Qəzzənin Misirlə sərhədində yerləşən Rəfəh keçidinə baş çəkib. O, açıqlamasında deyib: " Avropa Birliyi bu məslədə həlledici rol oynamalı və Qəzzədə müharibəni dayandırmağa çalışmalıdır"

Heyət sədri bu səfərin ardınca ölkəsinin hökumətindən sionist rejimlə bütün silah müqavilələrini dayandırmasını istəyib.

Digər tərəfdən, İspaniyanın xarici işlər naziri də ölkəsinin oktyabrın 7-dən etibarən sionist rejimə silah ixracı ilə bağlı bütün icazələrin ləğv edildiyini bildirib.

Sionist rejimin təcrid edilməsi istiqamətində Nikaraqua dövləti də ciddi addımlar atmağa başlayıb. Hökümət Almaniya, Kanada, Britaniya və Hollandiyanı İsrail rejimnə silah dəstəyi verdiyinə görə Haaqa Beynəlxalq Məhkəməsinə şikayət verməyi planlaşdırır.