HƏMAS "Əl-Ərəbiyyə"nin atəşkəslə bağlı xəbərini rədd etdi
HƏMAS "Əl-Ərəbiyyə" kanalının Qəzzədə atəşkəs üçün hərəkatın beynəlxalq təkliflə razılaşması barədə xəbərini həqiqətə uyğun olmadığını elan edib.
Fələstinin "Şəhab" xəbər agentliyi bildirib ki, HƏMAS bəyanat yayaraq "Əl-Ərəbiyyə" şəbəkəsinin Qəzzəyə uzunmüddətli atəşkəsin bərqərar edilməsi və köçkünlərin mərhələli şəkildə geri qaytarılması üçün beynəlxalq təklifin alınması haqda xəbərin HƏMAS-ın yüksək səviyyəli rəsmilərinə nisbət verilməsini və ya hərakatın nümayəndə heyətinin danışıqlar üçün Qahirəyə getməsi haqda yayımladığı xəbəri rədd edib.
HƏMAS bəyanatında əlavə edib: "Biz medialardan xəbərin həqiqiliyini və etibarlılığını qorumalarını və sionist rejimin hərbi təcavüzü və nasistlərin qətliamları ilə üzbəüz qalmış xalqımızın hissləri ilə oynamamalarını tələb edirik.
Qeyd edək ki, bundan öncə əl-Ərəbiyyə kanalı HƏMAS-ın yüksək vəzifəli mənbəsinə istinadla bildirmişdi ki, HƏMAS Qəzzada atəşkəsin uzadılmasına dair beynəlxalq təklif alıb, bu təklif girovluqda olan uşaqların, qadınların və qocaların azad edilməsini nəzərdə tutur. Xəbərə görə, HƏMAS-dan bir qrup heyət yaxın bir neçə gün ərzində Qahirəyə gedəcək və razılaşmanın təfərrüatlarını müzakirə edərək onun icrasına başlayacaq.
Xatırladaq ki, oxşar xəbərlə baxlı sionist rejimin 12-ci kanalı iddia etmişdi ki, sionist rejim HƏMAS-ın 48 saat ərzində əsir mübadiləsi razılaşmasına cavab verəcəyini təxmin edir.