HƏMAS Məscidül-Əqsanın mühasirəsini yarmaq üçün çağırış etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i409332-hƏmas_məscidül_Əqsanın_mühasirəsini_yarmaq_üçün_çağırış_etdi
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik tədbirləri adı altında fələstinlilərin bu müqəddəs məkana girməsinə mane olaraq yaratdığı blokadanı aşmaq üçün çağırış edib.
(last modified 2024-03-13T13:01:17+00:00 )
Mart 13, 2024 16:58 Asia/Baku
  • HƏMAS Məscidül-Əqsanın mühasirəsini yarmaq üçün çağırış etdi

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) sionist rejimin Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik tədbirləri adı altında fələstinlilərin bu müqəddəs məkana girməsinə mane olaraq yaratdığı blokadanı aşmaq üçün çağırış edib.

Şəhab ​​xəbər agentliyinin məlumatına görə, HƏMAS-ın Əl-Əqsa məscidi ətrafında yaradılmış blokada ilə bağlı yaydığı bəyanatda deyilir:

“Biz İordan vadisindəki Fələstin xalqından işğalçı rejimin məkirli tədbrini pozmaq və sui-qəsdlərin qarşısını almaq üçün Məscidül-Əqsaya gəlmələrini istəyirik”

HƏMAS daha sonra əlavə edib:

“İordan çayının qərb sahili xalqından Əl-Əqsa məscidinə və Qəzza zolağında mübariz Fələstin xalqına dəstək olaraq işğalçı rejimə qarşı çıxmalarını isətyirik.

Bu hərəkat Beyt Ləhmdə yerləşən Ən-Nəfəq məntəqəsində bugünkü anti-sionist əməliyyatını alqışlayaraq Fələstinlilərin işğalçı rejimə qarşı mübarizəsini daha da gücləndirməyə çağırıb.